AZ

Mərkəzi Asiya ölkələrindən Rusiya ilə bağlı ÇAĞIRIŞ

Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında terror aktından sonra Qırğızıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını imkan daxilində Rusiyaya səfərlərini təxirə salmağa və bu ölkəyə səfər edərkən bütün lazımi sənədləri özləri ilə aparmağa çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə Forbes.kz məlumat yayıb.

Özbəkistan hökuməti Rusiyada qalan və ya ora getməyi planlaşdıran bütün Özbəkistan vətəndaşları üçün oxşar tövsiyə verib.

“Azadlıq” radiosu bazar ertəsi Türkmənistan paytaxtından Moskvaya uçmağa çalışan bir çox sərnişinin təyyarəyə minməsinə icazə verilmədiyini bildirib. İmmiqrasiya və hüquq-mühafizə orqanları onlara bunun Moskvada baş vermiş son terror aktı ilə bağlı olduğunu deyib.

Qeyd olunub ki, keçən cümə günü kamuflyaj geyimli silahlı şəxslərin hücumu Rusiyada, müsəlman olan Mərkəzi Asiya ölkələrindən olan işçilərə qarşı anti-immiqrant əhval-ruhiyyənin artmasına səbəb olub.

Bu həftənin əvvəlində Qırğızıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Rusiyaya yalnız zəruri hallarda səfər etməyə çağırıb.

Bildirilib ki, miqrant işçilərin azalması Rusiya iqtisadiyyatı üçün problemlər yarada bilər.

Musavat.com

Seçilən
142
10
Mənbələr
Şərh ()
Bağla