AZ

NATO lideri Ukrayna ilə bağlı YENİ TƏKLİF HAZIRLAYIR

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynaya silah tədarükünü ödəmək üçün 100 milyard avroluq fond yaratmağı təklif etmək niyyətindədir.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Bloomberg" yazır .

Agentliyin məlumatına görə, təşəbbüs Şimali Atlantika Alyansının 32 üzvü tərəfindən təsdiqlənməlidir.

"NATO-nun baş katibi Yens Stoltenberq alyans liderlərinin iyulda Vaşinqtonda görüşəcəkləri zaman imzalayacaqları paketin bir hissəsi olaraq, beş il ərzində Ukrayna üçün 100 milyard dollarlıq müttəfiq töhfə fondu yaratmağı təklif edir", - nəşr yazıb.

Qeyd olunur ki, alyans müttəfiqləri hələ də Stoltenberqin təklifini, həmçinin mühasibat mexanikasını, o cümlədən Ukraynaya ikitərəfli yardımın ümumi məbləğə daxil edilib-edilməməsini müzakirə edirlər.(Publika.az)

Seçilən
148
3
Mənbələr
Şərh ()
Bağla