AZ

Rusiyadan İŞİD ilə bağlı diqqətçəkən açıqlama: “İnanmaq çətindir”

“İŞİD-in Crocus City Halldakı terror aktını həyata keçirmək üçün kifayət qədər hərtərəfli gücə malik olduğuna inanmaq çətindir”.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova, ABŞ rəsmilərinin və Qərb mediasının hücumdan dərhal sonra İŞİD terror təşkilatını irəli sürdüklərinə diqqət çəkərək, “Təsdiqlənmiş rəsmi məlumatı belə gözləmədən dərhal cinayətkarı qadağan olunmuş terror təşkilatı DEAŞ olaraq tapdılar. Həm Ağ Ev, həm də Dövlət Departamenti "Ukraynanın bu insidentlə heç bir əlaqəsi olmadığını" açıqladı. Bu qənaətə hansı məlumatlara əsaslanaraq gəldilər? Yalnız bir şey aydındır, Kiyev rejiminə bəhanə gətirməyə başladılar ki, özlərini bəhanə etsinlər. 4-6 min nəfərlik bir qrupun (Birləşmiş Millətlər Təşkilatına görə) belə hərtərəfli gücə malik olmasına inanmaq son dərəcə çətindir. Lakin əgər varsa,  hələ də araşdırmanın nəticələrini gözləmək lazımdır” billdirib. Əfsanə Rəcəb Manşet.az

 

phrase_var_article.chosen
15
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close