AZ

Quranı yandıran şəxs İsveçdən çıxarılıb

Quranı

Bir müddət əvvəl İsveçdə Qurani-Kərimi yandırmaqla böyük narazılığa səbəb olan və ölkəni tərk etməsinə qərar verilən İraq əsilli Salvan Momika Norveçə köçüb.

Reyting.az
xəbər verir ki, Momika dünən səhər tezdən paytaxt Stokholm kənarındakı müvəqqəti yaşadığı yerdən mikroavtobusla ölkədən çıxarkən polis onun gedişini kamera ilə izləyib.

Norveçə getdiyini və oradakı ilk polis bölməsində sığınacaq istəyəcəyini deyən Momikanın iddiasına görə, İsveç yalnız terrorçuları qəbul edir, filosof və mütəfəkkirləri isə ölkədən çıxarır.

İsveç Miqrasiya Agentliyinin müvəqqəti yaşayış icazəsini uzatmadığından danışan Momika deyib: “İsveci sevirəm və özümü bu cəmiyyətə aid hiss edirəm, amma təəssüf ki, İsveç məni məyus etdi”.

V. QULİYEV
Seçilən
82
5
Mənbələr
Şərh ()
Bağla