AZ

Quranı yandıran iraqlı Norveçdə öldü

İsveçdə müqəddəs Qurani-Kərimi yandırması ilə gündəmə gələn iraqlı miqrant Salvan Momikanın öldüyü barədə xəbərlər yayılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat paylaşılıb.

Məlumata görə, onun Norveçdə ölü tapıldığı barədə təsdiqlənməmiş xəbərlər ortaya çıxıb.

Qeyd edək ki, Momika bir neçə gün öncə təhlükəsizliyini təmin etmək üçün Norveçə gedəcəyini elan etmişdi. Belə ki, onun İsveçdən də deportasiyası gözlənilirdi.
Seçilən
87
5
Mənbələr
Şərh ()
Bağla