AZ

Əsgər Namiq Abbasovu Fəxri Xiyabana buraxmadı, o isə... - FOTO

"2004-cü ildə Lider Müstəqil Televiziyasının Mərkəzi Asiya Respublikaları üzrə müxbir postunun rəhbəri idim. Namiq Abbasov səfir səlahiyyətində Özbəkistana gəldi. Onunla ilk görüşüm Daşkəndin "İnterkontinental" hotelindəki beynəlxalq tədbirlərdən birində oldu. Kofe fasiləsi zamanı yaxınlaşıb özümü təqdim elədim. O vaxta kimi Namiq Abbasovu Milli Təhlükəsizlik naziri olanda bircə dəfə yaxından görmüşdüm. Fəxri Xiyabanda mərhum preidentimiz Heydər Əliyevin dəfn mərasimi idi. Cənazəsi Fəxri Xiyabana gətirilirdi. Biz jurnalistlər qapıdan keçmək istəyəndə əsgərlərdən biri Namiq Abbasovu tanımadığından ona yol vermədi. O da dayanıb növbə gözləmək istədi. Mən əsgərə dedim ki, o, nazirdir. Namiq Abbasov özünü xalqdan seçməmək üçün dəfn mərasiminə də xalqın içərisindən keçib gedirdi..."



Bakupost.az xəbər verir ki, bunu tanınmış jurnalist Aida Eyvazova sosial şəbəkədə bildirib.

"... İndi isə Daşkəndə o böyük kişi ilə üz-üzə söhbət edirdim. Sevindi. Dedi, bu nə gözəl bir işdir ki, Vətəndən buraya bir xanımı jurnalist kimi işləməyə göndəriblər. İlk tanışlığımızdan sonra isə bildirdi ki, video materialları hazırlayanda mətni həmişə ona göstərim. Daşkənddəki səfirliyimizdə cənab səfir Namiq Abbasov həm də mənim redaktorum idi. Hər dəfə səfirliyə aid olan mətnləri oxuyandan sonra, deyirdi ki, elə yazmısan, redaktəyə ehtiyac qalmır. İndi Namiq Abbasovun xətti ilə düzəliş olunan vərəqlər də mənim arxivimdədir", - deyə A.Eyvazova bildirib.



2006-cı ildən AzTV-nin müxbir postunun rəhbəri işlədiyini vurğulayan jurnalist Namiq Abbasovla hər görüşünün bir təcrübə, həyat məktəbi olduğunu qeyd edib:


"Vətənimizin böyük oğlu haqqında deyiləcək o qədər xoş xatirələr var ki... Elə bir ab-hava yaratmışdı ki, bütün kollektiv, eləcə də soydaşlarımız səfirliyi öz evləri bilirdilər. Hər kəsi dinləyər, hər kəsə yradım etməyə çalışardı. Burada bizim dövlət bayramları xüsusi şövq ilə keçərdi. Namiq Abbasov öz davranışı, xarakteri ilə Özbəkistandakı hər bir azərbaycanlı və onu tanıyan özbəklər tərəfindən hörmətlə xatırlanır. Onun Vətən sevgisi və eşqi dilində deyildi, əməllərində idi. O, nazir olarkən, bu vətəni böyük-böyük dövlətlərin şərindən, bəd niyyətlərindən qorudu...

Daşkənddəki kiçik kollektivin atası oldu. Həyat yoldaşı Fəridə xanım isə hər birimizin anası və bacısı oldu. Bayramlarımızda Fəridə xanım də Heydər Əliyev adına Mədəni Mərkəzə gələr, bizimlə birlikdə bayram hazırlıqları görürdü. Yeməklərin reseptini də özü verirdi. Ərzaqlar onun dediyi miqdarda alınırdı... Bir də ki kollektivi birlikdə toplayıb şəhər ətrafına dincəlməyə aparardı. O günlərdən elə xoş xatirələrimiz qalıb ki...

Biz ondan çox şey öyrəndik. İş yerində bir-birinə hörmət, işlədiyin idarənin malına, əmlakına zərər vurmamaq, hətta elektirik enerjisinə və siya belə qənaət etmək... Bu onun prinsipi idi. Deyirdi ki, dövlətin bir damcı suyunu, işığını belə israf etmək olmaz.

Bir də ki gözəl bir sözü vardı: bu dünyanın nə var dövləti, nə də savaşları bir körpənin göz yaşına dəyməz. Elə adamlar var ki, vəzifə üçün, mənsəb üçün dava edir, ev yıxırlar. Bu dünyada əbədi qalan təmiz ad və şərəfdir.

Tanınmış jurnalist qeyd edib ki, Özbəkistandan qayıdıb gələndən sonra da Namiq Abbasov və həyat yoldaşı ilə əlaqələri kəsilməyib:

"Sonralar Fəridə xanım Namiq müəllimin səhhətinə görə qonaq qəbul etmədiyini bildirdi. Bayramdan-bayrama telefonla danışıb, hal-əhval tuturdum.

Dünyadan bir gözəl insan, Vətən oğlu Tanrı dərgahına qayıtdı. Hamımız gedəcəyik. Ancaq kim Tanrı dərgahına uçarsa, xoş onun halına"...



Seçilən
28
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
16975
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
14792
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10411
Səidə Sultan klipi üçün lüt soyundu
10026
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9362
Faiq Sadıqov
9087
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
5980
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5937
Gənc aparıcı vəfat etdi - FOTO
5724
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5453
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5409
10 yaşlı uşağın faciəvi ölümü
5353
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4922
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4672
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4274
Ruslan Müşfiqabadlının anası vəfat edib
3802
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3372
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3220
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
3120