AZ

Bakı Olimpiya Stadionunun qarşısında baş verən qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO

“Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında baş verən yol-nəqliyyat hadisəsi zamanı ölüm faktı qeydə alınmayıb”.

Bunu seher.media-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O, qeyd edib ki, hadisə nəticəsində xəsarət alan var. Əraziyə aidiyyəti üzrə Sabunçu rayon polis idarəsinin əməkdaşları cəlb olunublar. Baş vermiş hadisə ilə bağlı araşdırmalar aparılır. Nəqliyyat vasitəsi ərazidən evakuasiya edilib, yol nəqliyyat vasitələrinin intensiv hərəkəti üçün tam açıqdır.

09:44

Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.

phrase_var_article.chosen
25
49
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close