AZ

Bakı-Qazax yolunda qəza: Xəsarət alanlar var - Foto

Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub...”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, “Mercedes” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olan KIA markalı maşına çırpılıb.Nəticədə “Mercedes”in sürücüsü, Lerik sakini, 33 yaşlı İlkin Elsevən oğlu Suvarov və KIA-da olan qadın sərnişin xəsarət alıblar.KIA-nın sürücüsü, Bakı şəhər sakini, 48 yaşlı Yasin Əli oğlu Quliyev isə heç bir xəsarət almayıb.Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Faktla bağlı araşdırma aparılır.Poliqon.info

Seçilən
152
49
Mənbələr
Şərh ()
Bağla