AZ

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edildi

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib.

Bu barədə e-huquq.az-a SOCAR-dan məlumat verilib.

Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliyə rəhbərlik edirdi.

Qeyd edək ki, Ə. Qurbanov bundan əvvəl “Umid-Babək Əməliyyat Şirkəti”nin Azərbaycandakı filialının direktoru vəzifəsində çalışıb.

phrase_var_article.chosen
28
23
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close