AZ

Şərurun Kərimbəyli kəndində yanğın baş verib

Naxçıvan, 16 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şərur rayonu Kərimbəyli kəndində ot bağlamalarında yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri çağırış üzrə yanğın baş verən əraziyə cəlb edilib.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə keçməsinə imkan verilmədən söndürülüb.

Seçilən
229
2
Mənbələr
Şərh ()
Bağla