AZ

Naxçıvanda avtomobil yolunda uçqun olub -FOTO

Naxçıvanda Cəhri-Buzqov avtomobil yolunda uçqun olub.

 

Senzor.az bildirir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsin mətbuat xidməti məlumat yayıb.

 

Hadisə yolun 18-20-ci km-lik hissəsində qeydə alınıb. Qaya parçaları yolun hərəkət hissəsinə düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb.

 

Əraziyə Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb edilib. Yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

phrase_var_article.chosen
69
6
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close