AZ

Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEO

Naxçıvanda
Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verib. “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, hadisə Cəhri-Buzqov avtomobil yolunun 18-20-ci km-lik hissəsində qeydə alınıb.
Qaya parçaları yolun hərəkət hissəsinə düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb. Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb edilib. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin olunub.

Seçilən
78
10
Mənbələr
Şərh ()
Bağla