• Şikayət et

ADTGT sədri: "Təhsil sahəsində başlanan islahatlar uğurlara davam etdirilir"

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Bu sərəncam ölkə ictimaiyyəti tərəfindən böyk sevinclə qarşılanıb. Bu münasibətilə YAP İdarə Heyətinin üzvü, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərli Azerforum.com-a açıqlama verib.
Asif Əsgərli deyib ki, dövlət tərəfindən təhsilə, o cümlədən tələbələrə hər zaman qayğı və diqqət olub: "Zaman-zaman bu təqaüdlərin artərılması ilə bağlı ölkə rəhbərinin sərəncamları olub, müvafiq qərarlar qəbul olunub. Amma son günlər, ümumiyyətlə, təhsillə bağlı atılan mütərəqqi addımlar onu göstərir ki, təhsil önəmlidir, dövlətin daxili siyasətinin prioritetidir. Bu gün təhsil nazirliyinin strukturunda idarəetmənin təkmilləşdirilməsi ilə bağlı çox mühüm qərar verildi. Belə ki, Regional təhsil idarəsi yaradıldı. Bu, vəsaitlərin mərkəzləşdirilmiş qaydada rasional bölünməsinin düzgün təmin olunması üçün müsbət addımdır, eyni zamanda
institutsional inkişafdır. Onsuz da bizim iqtisadi rayonlar üzrə cənab Prezidentin bölgüsü oldu. Buna uyğun da mən deyərdim ki, regional təhsil idarələri yarandı. Bu, idarəetmənin cevikliyidir, həm də mobirliyi və vəsaitlərin düzgün bölünməsidir. Eyni zamanda səmərəli şəkildə institutsional struktur islahatıdır. Təhsillə bağlı atılan son addımlar onu göstərir ki, bizdə təhsilin inkişaf strategiyasına uyğun başlanan islahatlar uğurlara davam etdirilir".

Mənbə:
0
7414
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar