Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 614 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 1news.az-ın
verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 16 nəfər COVID-19-dan dünyasını dəyişib. İndiyədək ölkədə ümumilikdə 632 034 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 766 nəfər müalicə olunaraq sağalıb, 8 597 nəfər vəfat edib. 11 671 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 846, bu günə qədər isə ümumilikdə 6 056 428 test icra olunub.
Mövzu ilə əlaqədar oxuyun: Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul edib Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldılır İmmunitet sertifikatı test nəticəsindən 7 gün sonra veriləcək Koronavirusa yoluxan təyyarə ekipajı ilə təmasda olan işçilər test verməyəcək Azərbaycanda karantin nəzarətinə götürülmə qaydası dəyişib
Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.