AZ

Avropa komissarı onu guya ölümlə hədələdiyini iddia edən Gürcüstan baş nazirinə cavab verdi...

Qonşuluq və genişlənmə siyasəti üzrə Avropa komissarı Oliver Varhelyi deyib ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze onların xarici agentlər haqqında qanunla bağlı söhbətini “tamamilə yanlış” şərh edib. Gürcüstan hökumət başçısı iddia edir ki, guya Avropa komissarı onu Slovakiyanın baş naziri Robert Fitsonun həyatına son sui-qəsd nümunəsi ilə qorxudub.
 
Moderator.az bu haqda “Newsgeorgia” nəşrinə istinadla xəbər verir.
 
"Telefon danışığımın bir hissəsi nəinki tamamilə kontekstdən çıxarılıb, həm də söhbətim ilkin nəzərdə tutulan məqsədinin tamamilə yanlış şərh edilməsinə səbəb ola biləcək şəkildə ictimaiyyətə təqdim edilib", - deyə Varhelyi bildirib.
 
Avropa komissarı deyib ki, o, Gürcüstanın baş nazirinə qütbləşmənin gərginləşməsi və böyüməsinin qarşısının alınmasının vacibliyini izah etməyə çalışıb. Várhelyinin sözlərinə görə, güclü avropapərəst əhval-ruhiyyəyə malik cəmiyyətdə “Gürcüstanın Aİ-yə gedən yolunu sarsıda biləcək” qanunun işə salınması halında məhz bu cür inkişafı gözləmək lazımdır.
 
“Gürcüstan cəmiyyətində çox güclü avropapərəst əhval-ruhiyyənin olduğunu tam anlayaraq, telefon danışığım zamanı mən baş nazirin diqqətini bu qanunun qəbulu ilə onsuz da qeyri-sabit vəziyyəti gərginləşdirməməyin, daha da qütbləşməyə və Tbilisi küçələrində mümkün idarəolunmaz vəziyyətlərə gətirib çıxarmamağın vacibliyinə cəlb etmək zərurətini hiss etdim. Bununla bağlı  söhbətimdə Slovakiyada baş vermiş son faciəli hadisə nümunə və cəmiyyətdə bu cür yüksək qütbləşmənin hətta Avropada belə, nələrə gətirib çıxara biləcəyinin göstəricisi kimi göstərilib”, - deyə Varhelyi vurğulayıb.
 
Avropa komissarı bir daha Gürcüstan hakimiyyətini xarici agentlər haqqında qanunu qəbul etməməyə çağırıb və Avropanın gələcəyinə can atan gürcüləri dəstəklədiyini bir daha təsdiqləyib.
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
moderator.az

10Mənbələr