AZ

Konor Makqreqor 2024-cü il üçün döyüş planlarını açıqlayıb

Məşhur irlandiyalı qarışıq döyüş sənəti (MMA) ustası, iki çəki dərəcəsində UFC çempionu Konor Makqreqor 2024-cü ildə dörd dəfə döyüşməyi planlaşdırdığını bildirib. SİA xəbər verir ki, o fikirlərində belə deyib: "İyunun 29-da var gücümlə döyüşəcəyəm. UFC 306-ya hazırlaşmaq üçün avqustda təlim-məşq toplanışına qayıdacağam. Bu il üç dəfə döyüşəcəyəm: iyun, sentyabr və dekabr aylarında".

34 yaşlı Makqreqorun son döyüşü UFC 264-də ABŞ-li Dastin Puarye ilə döyüş olub. Görüş birinci raundda başa çatıb və nəticədə irlandiyalının ayağı sınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
3
sia.az

10Mənbələr