AZ

Tacikistanın incəsənət nümayəndələri Gəncədə konsert proqramı təşkil edib

Tacikistan Respublikasının Mədəniyyət Günləri ilə bağlı Gəncədə konsert proqramı təşkil olunub.

“Report”un Qərb bürosunun məlumatına görə, Tacikistan Respublikasının Mədəniyyət Günlərinin bağlanış mərasimində Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib.

Proqramda bu ölkənin incəsənət nümayəndələri milli musiqiləri və rəqsləri nümayiş etdiriblər.

Konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 19–23 may tarixlərində ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
1
report.az

10Mənbələr