AZ

"Peyvəndlərin bəziləri cansız, bəziləri də canlıdır" - HƏKİM MÜNASİBƏT BİLDİRDİ

"Peyvəndlər insan həyatında xəstəliklərdən qorunmaqda çox mühüm rol oynayır". Bu sözləri SİA-ya açıqlamasında həkim-infeksionist Vasif Əliyev deyib.

O bildirib ki, xüsusilə də, peyvənd infeksion xəstəliklərdən qorunmaqda alternativ bir üsuldur: "Bu xəstəliklərin profilaktikasında ən etibarlı yol olaraq peyvənddən istifadə olunur. Məsələn, mövsümü qripdən qorunmaq üçün Covid dönəmində tez-tez peyvənddən istifadə edirdik. Eyni zamanda Hepatit B virusuna qarşı Hepatit B peyvəndi, tetanus, difteriya, göy öskürək və digər xəstəliklərə qarşı peyvəndlər var.

Bu peyvəndlər nə zaman vurula bilməz?

Uşaqlıq dönəmindən etibarən peyvəndlər xüsusi qrafik, protokol üzrə vurulur. Bütün dünyada, həm də Azərbaycanda bu qaydada istifadə olunur. O zaman peyvənd vurmaq olmaz ki, daha əvvəl vurulan peyvəndə qarşı allergik reaksiya göstərilsin. O zaman həkim nəzarəti altında yenidən gözdən keçirilməlidir.

Bəzi peyvəndlərin tərkibində yumurta istifadə olunur. Bu da yumurta allergiyası olanlarda tətbiq olunur. Daha əvvəl bu xəstəliyi keçirən insanlarda peyvəndi vurmağın bir mənası qalmır. Xəstəliyə qarşı təbii yolla qoruyuculuq yaranıbsa, artıq peyvənd istifadəsi əks göstəriş olmasa belə gərəksiz olur".

"Peyvəndlərin bəziləri cansız, bəziləri də canlıdır. Canlı peyvəndlər bədən müqaviməti zəif olan insanlarda istifadə olunmaz. Bunlar onkoloji xəstələr, revmotoloji xəstələrdir. Onlar davamlı olaraq müalicə alırlar, yəni bədən müqavimətini artıran dərmanlardan istifadə edirlər. Canlı peyvəndlər müqaviməti zəif olan insanlarda istifadə olunduğu zaman xəstəlik əlamətləri ortaya çıxa bilər. Biz o xəstəni qorumaq yerinə əksinə daha da ağırlaşdıra bilərik.

Ona görə bu insanlarda canlı peyvənd olmaz, amma bəzi hallarda həkim nəzarəti altında müqavimətin vəziyyəti istifadə etdiyi dərmana görə qərar verilərək vurula bilər. Bunlar sadəcə olaraq ehtiyatla həkim nəzarəti altında qərar veriləcək məqamlardır. Ümumi olaraq allergiyası olanlarda və canlı peyvəndlərə müqaviməti zəif olan insanlarda, sadalanan xəstələrdə istifadə olunmaz"- deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
10
sia.az

10Mənbələr