AZ

Ötən il neft sektorundan mənfəət vergisi üzrə daxilolmalar 16% azalıb

Ötən il neft sektorundan mənfəət vergisi üzrə daxilolmalar 4 951 milyon manat təşkil etmişdir ki, bu da proqnoza nisbətən 426 milyon manat və ya 9,4% çox, 2022-ci illə müqayisədə isə 959,3 milyon manat və ya 16,2% azdır.

Bu Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.

Məlumata görə, neft sektoru üzrə mənfəət vergisindən daxilolmaların 7,5%-i və ya 370 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, 92,5%-i və ya 4581 milyon manatı neft-qaz sahəsində hasilatın pay bölgüsü üzrə podratçı təşkilatların (Şahdəniz layihəsi üzrə 3850,3 milyon manat, Azəri-Çıraq-Günəşli layihəsi üzrə 730,7 milyon manat) payına düşmüşdür.

Qeyd edilib ki, neft sektorundan mənfəət vergisi üzrə daxilolmaların proqnozla müqayisədə 426 milyon manat və ya 9,4% çox icra olunması xam neftin dünya bazarında qiymətinin dövlət büdcəsinin hesablanması zamanı tətbiq edilmiş göstəricidən 15,5%, təbii qazın qiymətinin isə 1,5 dəfə çox (458,4 ABŞ dolları) olması ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində xam neftin və təbii qazın hasilatı ilə məşğul olan vergi ödəyiciləri üzrə mənfəətin artması ilə bağlıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
22
banker.az

10Mənbələr