AZ

Ferstappen İmola trassında rəqib tanımır

Həftəsonu “Formula-1” üzrə dünya çempionatında 7-ci mərhələ arxada qaldı.

“Football-plus.az” xəbər verir ki, İtaliyanın İmola trassında keçirilən Emiliya-Romanya “Qran-pri”si “Red Bull”un pilotu Maks Ferstappenin qələbəsi ilə başa çatdı. Niderlandlı karyerası ərzində 3-cü dəfə bu trassdan qalib ayrıldı. 2021 və 2022-ci illərdə də burda hamını qabaqlamışdı.

“Maklaren”in pilotu Lando Norris finişə 2-ci çatdı. Yeri gəlmişkən, o da ardıcıl 3-cü dəfə fəxri kürsüyə qalxdı. Britaniyalı Ferstappendən 0,725 saniyə geri qaldı. 3-cü yeri tutan Şarl Lekler isə qalibdən 7,916 saniyə geri qaldı.

İlk yeddi mərhələdən sonra Ferstappen 161 xalla liderdi. Onun 113 xalla Lekler, 107 xalla Peres izləyir.

Təsnifat mərhələsi
1. Maks Ferstappen (Niderland) 1.14,746
2. Oskar Piastri (Avstraliya) 1.14,820
3. Lando Norris (B.Britaniya) 1.14,837
4. Şarl Lekler (Monako) 1.14,970
5. Karlos Sayns (İspaniya) 1.15,233
6. Corc Rassell (B.Britaniya) 1.15,234
7. Yuki Sunoda (Yaponiya) 1.15,465
8. Lüis Hemilton (B.Britaniya) 1.15,504
9. Daniel Rikkyardo (Avstraliya) 1.15,674
10. Niko Hülkenberq (Almaniya) 1.15,980
11. Serxio Peres (Meksika) 1.15,706
12. Esteban Okon (Fransa) 1.15,906
13. Lens Stroll (Kanada) 1.15,992
14. Aleksandr Albon (Tayland) 1.16,200
15. Pyer Qasli (Fransa) 1.16,381
16. Valtteri Bottas (Finlandiya) 1.16,626
17. Quanyuy Çjou (Çin) 1.16,834
18. Kevin Maqnussen (Danimarka) 1.16,854
19. Fernando Alonso (İspaniya) 1.16,917
20. Loqan Sarcent (ABŞ) -
Həlledici mərhələ
309,049 km (4909 metrlik 63 dövrə)
1. Maks Ferstappen Red Bull 1:25.25,252
2. Lando Norris Maklaren +0,725
3. Şarl Lekler Ferrari +7,916
4. Oskar Piastri Maklaren +14,132
5. Karlos Sayns Ferrari +22,325
6. Lüis Hemilton Mersedes +35,104
7. Corc Rassell Mersedes +47,154
8. Serxio Peres Red Bull +54,776
9. Lens Stroll Aston Martin +1.19,556
10. Yuki Sunoda RB 1 dövrə
11. Niko Hülkenberq Haas 1 dövrə

12. Kevin Maqnussen Haas 1 dövrə
13. Daniel Rikkyardo RB 1 dövrə
14. Esteban Okon Alpin 1 dövrə
15. Quanyuy Çjou Zauber 1 dövrə
16. Pyer Qasli Alpin 1 dövrə
17. Loqan Sarcent Uilyams 1 dövrə
18. Valtteri Bottas Zauber 1 dövrə
19. Fernando Alonso Aston Martin 1 dövrə
Aleksandr Albon (Uilyams) finişə çatmayıb.
Şəxsi birincilik
1. Maks Ferstappen 161 xal
2. Şarl Lekler 113
3. Serxio Peres 107
4. Lando Norris 101
5. Karlos Sayns 93
6. Oskar Piastri 53
7. Corc Rassell 44
8. Lüis Hemilton 35
9. Fernando Alonso 33
10. Yuki Sunoda 15
11. Lens Stroll 11
12. Oliver Berman 6
13. Niko Hülkenberq 6
14. Daniel Rikkyardo 5
15. Esteban Okon 1
16. Kevin Maqnussen 1
Mühəndislər kuboku
1. Red Bull 268 xal
2. Ferrari 212
3. Maklaren 154
4. Mersedes 79
5. Aston Martin 44
6. RB 20
7. Haas 7
8. Alpin 1

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
football-plus.az

3Mənbələr