AZ

Paşinyan 2 KTMT ölkəsini müharibədə Azərbaycana kömək etməkdə İTTİHAM ETDİ

Ermənistanın baş naziri Paşinyan 2 Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkəsini İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana kömək etməkdə ittiham edib. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında bildirib.

“2020-ci ildə müttəfiqlərimiz müharibəyə hazırlıqda bizim tərəfimizdə deyil, qarşı  tərəfdə iştirak etdilər. Mən bizə qarşı müharibə hazırlayan ən azı iki KTMT ölkəsini tanıyıram”, - deyə Paşinyan qeyd edib.
O bildirib ki, KTMT üzv dövlətlərin “müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq” məqsədi ilə yaradılmış regional beynəlxalq təşkilatdır. Buraya Rusiya Federasiyası, Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
50
bizim.media

10Mənbələr