AZ

Mərkəzi Bankın 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

22 may 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2257024706 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 99,420.0498 (7.5%) manat və 99,512.3893 (6.3%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 30,000,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,428.5070 (7.39%) manat və orta ölçülmüş qiyməti 99,443.0701 (7.2%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil edib.  

Notların ödəmə tarixi 19.06.2024-cü ildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
5
fins.az

10Mənbələr