AZ

Bayden Trampı planet üçün təhlükə adlandırdı

Amerikanın keçmiş lideri Donald Tramp bütün planet üçün təhlükə yaradır.

Oxu24.com xəbər verir ki, bu fikri Massaçusets ştatının Boston şəhərində seçki kampaniyası üçün vəsait toplama tədbirində çıxış edən ABŞ-nin hazırkı prezidenti Co Bayden deyib. 

“O (Tramp) planet üçün təhlükədir. Trampın 2016-cı ildə bizə heç kimin puluna ehtiyacı olmadığını söyləməsindən xeyli yol qət etdik.  Tramp indi o qədər çarəsizdir ki, İncilin nüsxələrini və qızıl ayaqqabılarını satır”, - deyə Bayden əlavə edib.

Martın sonunda,  ABŞ-də qeyd olunan Pasxa bayramı üçün Tramp, Amerikada dini ruhu dirçəltmək və onu “yenə möhtəşəm etmək” üçün İncilin nüsxələrini 60 dollara satmağa başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
4
oxu24.com

10Mənbələr