AZ

Bu şəxslərə əlavə kompensasiya ödəniləcək - QANUN

Milli Məclis “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

Avtosfer.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin mayın 21-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Sənəd layihəsinə əsasən, Əsasnamənin 59-cu maddəsinə təklif olunur ki, gömrük orqanlarının vəzifəli şəxslərinin, onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərcləri və birdəfəlik kompensasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada Azərbaycanın gömrük işini aparan icra hakimiyyəti orqanının hesabına köçürülən Gömrük Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitlərdən ödənilir.

Əsasnaməyə yeni əlavə edilən 59-1-ci maddəyə əsasən, gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilməsi təklif edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
2
avtosfer.az

10Mənbələr