AZ

Energetika nazirinin Ağcabədidə vətəndaş görüşünün vaxtı dəyişdirilib

Energetika

Bakı, 21 may, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazovun mayın 24-də Ağcabədidə keçirilməsi nəzərdə tutulan vətəndaş görüşünün vaxtı dəyişdirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş mayın 30-u saat 11:00-dan başlayaraq Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının inzibati binasında (ünvan: Ağcabədi şəhəri, H.Əliyev prospekti 213A) keçiriləcək. Nazir Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Bərdə, Zərdab və Xocavənd rayonlarından olan vətəndaşlarla görüşəcək.

Görüşə gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı mərkəzi, 598-16-55 “Qaynar xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected]  elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin “İmişli” filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected] ), “Mingəçevir” filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: [email protected] ) və “Kürdəmir” filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov: əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: [email protected] ) vasitəsilə müraciət edə bilərlər.

Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az  internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də görüş üçün müraciət etmək mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
10
azertag.az

10Mənbələr