AZ

İmtahanların nəticələri elan olunub

Bakı. Trend:

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 5 may 2024-cü iltarixində keçirilən imtahanların nəticələri elan olunub.

Bu barədə Trend-ə DİM-dənxəbər verilib.

Dövlət İmtahan Mərkəzi tərəfindən 5 may 2024-cü il tarixindəkeçirilən aşağıdakı imtahanların nəticələri elan edilib:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsilimüəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqlidil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavəxarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindənfərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçünəlavə tədris dili imtahanı;

4. Mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarındamüxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzəmüraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılışimtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyadaiştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edəbilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IXsinif məzunları üçün buraxılış imtahanı.

1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələriniverilən keçiddən https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=58öyrənə bilərlər.

4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələriniöyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2023/netorta/istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı(hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell,Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 11948 nəfərdən 1335nəfər imtahana gəlməyib.

İmtahanda ən yüksək nəticəni 296,6 bal toplayan Masallı rayonu,Həsənli kənd orta məktəbinin 2023-cü il məzunu göstərib. Xatırladaqki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-dəApellyasiya Komissiyası fəaliyyət göstərəcək. ApellyasiyaKomissiyasına müraciət etmək istəyənlər 22 may saat 10:00-dan 24may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçəbilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlərsonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsiseçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarınhansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektronərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbuledilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesiaşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunanbütün işlər araşdırılır;

İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrəekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavəedilir;

İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləritelefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı“sms” göndərilir.

Bundan sonra şagirdlər (abituriyentlər) apelyasiya.dim.gov.azsaytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanışola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuşcavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kiminəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualdaiki dairənin qaralanması və s.) bağlı müraciətlərəbaxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər(abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlısəhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər biraçıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinintapşırıqların şərti və izahlarla (https://eservices.dim.gov.az/ejurnal/) tanışola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiyaüçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavabverməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirməşkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər.İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tipmüraciətlərə baxılmayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
49
az.trend.az

10Mənbələr