AZ

Hakan Fidan İran XİN-in nümayəndəsini fövqəladə iclasa çağırıb

Hakan Fidan Əli Baqerini D-8 XİN rəhbərlərinin toplantısına dəvət edib.

NOCOMMENT.az xəbər verir ki, dünən axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri ilə telefon əlaqəsi saxlayıb.

Məlumata görə, Hakan Fidan söhbət zamanı helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər dövlət rəsmiləri ilə bağlı başsağlığını çatdırıb.

Qeyd olunub ki, Türkiyənin XİN başçısı Qəzza ilə bağlı Türkiyədə keçiriləcək D-8 üzvü olan ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak etməyə dəvət edib.

D-8 İran, Türkiyə, Pakistan, Banqladeş, İndoneziya, Malayziya, Misir və Nigeriya daxil olmaqla 8 inkişaf etməkdə olan İslam ölkəsindən ibarət iqtisadi qrupdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
11
nocomment.az

5Mənbələr