AZ

Ən toksik bürclər açıqlandı

Bəzi insanlar yalnız özlərini düşündükləri üçün çox eqoist və mənfəətçi ola bilər. Onları özlərindən başqa heç nə maraqlandırmır. Xüsusilə partnyorlarını çox incidirlər. Münasibətlərində toksik və qısqancdırlar.

Ölkə.Az "Posta" qəzetinə istinadla  ək toksik və qısqanc bürcləri təqdim edir:

Qoç

Onlar təşəbbüskarlığı və qətiyyətləri ilə tanınırlar. Çox rəqabətcildirlər, lakin bu təbiətləri bəzən başqalarına aqressiv davranış  və ya empatiyanın olmaması kimi özünü göstərə bilər. Hətta Qoçlar bəzən insanların səbr kasasını doldura, onların duyğularını heçə saya bilər.

Əkizlər

Əkizlər insanları  şəxsiyyətləri ilə  qarışdırmaqdan həzz alan iki üzlü insanlardır.
Bəzən ziddiyyətli davranışlar sərgiləyirlər və pis niyyətlə dedi-qodu və ya manipulyasiya edirlər. Bu xüsusiyyətlər başqalarını duyğusal olaraq incidə bilər.

Şir

Anadangəlmə liderdirlər, amma çox eqoist ola bilərlər və özləri ilə öyünürlər. Bəzən  təkəbbürlü olurlar və davamlı qayğı və heyranlığa ehtiyac duyurlar. Özlərini birinci dərəcəli hiss etməsələr, digərlərini əhəmiyyətsiz hiss etdirir və ehtiyaclarını başqalarından üstün tuturlar.

Əqrəb

Ehtiraslı və şiddətlidirlər. Bununla belə sahiblənmə, qısqanclıq və başqalarını manipulyasiya etmək kimi davranışlara yol verə bilərlər. Bu xüsusiyyətlərini şüurlu şkildə idarə edə bilmədikdə ətrafındakı insanlar üçün olduqca təhlükəli ola bilərlər.

Oğlaq

Çox qərarlı və iddialıdırlar. Bununla belə, onların uğur arzusu bəzən işgüzarlığa gətirib çıxara bilər. Nəticədə şəxsi münasibətlərə laqeyd yanaşa bilərlər. Onlar hətta nəzarətçi və ya tələbkar ola bilərlər. Əgər hər şey istədikləri kimi olmasa hətta insanları emosional təcavüzə məruz qoya bilərlər.

Buğa, Xərçəng, Qız, Tərəzi, Oxatan, Dolça və Balıqlar çox düşüncəli, dəstəkləyici və emosional olaraq digər insanlara bağlıdırlar. Onlar heç vaxt insanın özünü pis hiss etməsinə imkan vermirlər. Onların sözləri və ya hərəkətləri başqalarını incidirsə, özlərində son dərəcə məyus olurlar.

Ölkə.Az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
50
olke.az

10Mənbələr