AZ

BDU tələbələrinin çöl-tədris təcrübələri başlayıb

Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsi üzrə Coğrafiya, Ekologiya və torpaqşünaslıq, Biologiya fakültələrinin müvafiq ixtisaslarının buraxılış kurs tələbələri tədris planına uyğun olaraq mayın 21-dən Quba, Şamaxı, Qəbələ, Lənkəran rayonlarında çöl-tədris təcrübəsi keçəcəklər.
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Bildirilib ki, tələbələr həmin ərazilərin fiziki-coğrafi, iqtisadi-coğrafi, hidrometeoroloji, turizm-rekreasiya göstəriciləri, təsərrüfat sahələri ilə tanış olur, təcrübə rəhbərləri tərəfindən bu ərazilərin əhalisi, landşaftı, su hövzələri, torpaq-bitki örtüyü haqqında məlumatlandırılırlar.
 
Tarix fakültəsinin bakalavriat səviyyəsi üzrə buraxılış kurs tələbələrinin isə Qəbələ Arxeoloji Mərkəzi, Qobustan Milli Tarixi-Bədii Qoruğu, Quba Soyqırım Memorial Kompleksi, Şamaxı Şəhər Tarix-Diyarşünaslıq Muzeyində tədris təcrübəsi keçmələri nəzərdə tutulub.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
19
moderator.az

10Mənbələr