AZ

Polisdən qaçan zaman maşın uçurumdan aşdı

Sərxoş və sənədsiz sürücünün idarə etdiyi avtomobil 100 metrlik uçurumdan yuvarlanıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin  Antalya bölgəsində  polisin \"dayan” xəbərdarlığına tabe olmayan və qaçan sürücü və maşında olan digər iki nəfər kəndirlə xilas edilərək xəstəxanaya çatdırılıb. 

Hadisə dünən yerli vaxtla 00:30-da baş verib. 

Belə ki,  avtomobilin sürücüsü yol nəzarəti zamanı polisin \"dayan\" xəbərdarlığına əməl etməyib.  

Polis tərəfindən təqib edilən sürücü avtomobili ilə şəhər mərkəzindən çıxaraq Karacaören Mahallesi yoluna daxil olub.  

Sürücü döngə olan bölgədə idarəetməni itirib və avtomobil təxminən 100 metrlik uçurumdan yuvarlanıb. 

Xəbər üzərinə bölgəyə təcili yardım, xilasetmə və polis qrupları sövq edilib. 

Sürücü Murat Uyar və onu müşayiət edən Hüsne Elmas və Suriya əsilli Heyse Muhammetin yaralandığı müəyyən edilib. 

Uzun səylər nəticəsində yaralılar kəndirlə qayadan çıxarılaraq təcili yardım maşınları ilə rayon xəstəxanalarına aparılıb. 

Sürücü Murat Uyarın içkili olduğu və sürücülük vəsiqəsinin olmadığı üçün polisdən qaçdığı öyrənilib. 

Hadisə ilə bağlı istintaq davam edir. 

Oksana
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
24
azxeber.com

10Mənbələr