AZ

Uşağı olmayanlar VERGİ ÖDƏMƏLİDİR

Ukraynada “uşaqsızlığa görə vergi” tətbiq edilməsi təklif olunur.

 

AzEdu.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

 

“Ukraynada demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün ilkin şərtlərin yaradılması ilə bağlı Ukraynanın Vergi Məcəlləsinə və digər qanunlara dəyişikliklər edilməsi haqqında” 11264 saylı müvafiq qanun layihəsi Ali Radada “Xalqın xidmətçisi” partiyasından olan xalq deputatı Sergey Qrivko tərəfindən irəli sürülüb.

 

Ukraynada 21 yaşdan 58 yaşa qədər olan bütün fiziki şəxslərin “demoqrafik vergi”nin ödəyicisi olması təklif edilir. Onlar aşağıdakı ödəniş dərəcələrini ödəməli ola bilər:

 

vergitutma obyektinin 1,5 faizi – uşağı olmayan şəxslər üçün;

vergitutma obyektinin 1 faizi – bir uşağı olan şəxslər üçün;

vergitutma obyektinin 0,5 faizi – iki uşağı olan şəxslər üçün.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
541
1
azedu.az

9Mənbələr