AZ

Britaniyalı jurnalist: Regional kommunikasiyalar geosiyasi təsirlər olmadan açılmalıdır

Cənubi Qafqazda regional kommunikasiyaların açılması müasir geosiyasi təsirlərsiz mümkün olmalıdır.

Bu barədə “Report”a açıqlamasında britaniyalı jurnalist Onnik Krikoriyan bildirib.

Onun sözlərinə görə, hər bir dövlət regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ideyasını dəstəkləyir: “Lakin 2022-ci ilin oktyabrından aydın olub ki, Rusiyanın Ukraynaya müdaxiləsi ilə daha da kəskinləşən geosiyasi gərginlik bu prosesə əngəl törətməyə başlayıb”.

O qeyd edib ki, İrəvanın regionda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun işini (Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə) dondurmasının səbəbləri məlum deyil: “Yəni Ermənistanın bu qərarı təzyiq altında verdiyi, yaxud Rusiya FTX-nin öz ərazisindən keçən böyük nəqliyyat layihəsi üzərində hər hansı nəzarətə malik olmasını istəmədiyi aydın deyil”.

Jurnalist vurğulayıb ki, hazırda Bakı və İrəvan ikitərəfli danışıqlara üstünlük verir: “Bu formatın prioritet sayılmaması üçün heç bir səbəb görmürəm”.

Onun fikrincə, Zəngəzur dəhlizi layihəsinin artıq Rusiya ilə Qərb arasında rəqabətin mərkəzində olmaması çox vacibdir:

“Bu layihənin gələcəyi Azərbaycan və Ermənistandan, həmçinin ondan faydalanmağa ümid edən ölkələrdən asılı olacaq. Amma hesab edirəm ki, regional kommunikasiyaların açılması və Naxçıvanla əlaqələri bərpa etmək arasında bir daha fərq qoymalıyıq.

Birincisi, günümüzdəki geosiyasi proseslər nəzərə alınmadan mümkün olmalıdır. Amma Ermənistan dəmir yolu şəbəkəsi Cənubi Qafqaz Dəmir Yollarının inhisarında 2037-ci ilə qədər Rusiyanın nəzarəti altında olduğundan ikinci mərhələ daha uzun çəkə bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
32
report.az

10Mənbələr