AZ

Ukraynanın hava hücumundan müdafiəsi gücləndiriləcək

Almaniyanın Ukraynanın hava hücumundan müdafiəsini (HHM) gücləndirmək təşəbbüsü çərçivəsində Böyük Britaniya, Fransa, İspaniya, Rumıniya, Belçika və Litva Ukraynanı avadanlıq və raketlərlə təmin edəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyi “X” səhifəsində məlumat verib.

Ukraynanın müdafiəsi üzrə Təmas qrupunun “Ramştayn” formatının mayın 20-də keçirilən onlayn görüşünün nəticələrinə əsasən məlum olub ki, bir çox tərəfdaş ölkə Almaniyanın Ukrayna üçün hava hücumundan müdafiə təşəbbüsünü dəstəkləmək istəyir.

“Belçika, Danimarka, Niderland, Norveç və Kanada maliyyə yardımı göstərəcək. ABŞ, Böyük Britaniya, Fransa, İspaniya, Rumıniya, Belçika və Litva da bu təşəbbüsə qoşulmaq istəyir”, deyə məlumatda bildirilir .

Qeyd edək ki, aprel ayında Almaniya hökuməti Ukraynanı əlavə HHM sistemləri ilə təmin etmək üçün yeni təşəbbüslə çıxış edib. Bu, Ukraynaya hava hücumundan müdafiə sahəsində daha böyük dəstək vermək məqsədi daşıyır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
49
xezerxeber.az

10Mənbələr