AZ

DSMF əməkdaşını aldadan qadının işi yenidən məhkəmədə

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası mayın 24-nə təyin edilib.

 

Şikayət hakim Habil Məmmədovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Məhkəmədə bildirilib ki, T.Adiyeva oğlu Kəmaləddin Adiyevlə qabaqcadan əlbir olaraq onun tanışı, DSMF-nin əməkdaşı Fərhad Əhmədova yalan vəd verərək ona qarşı dələduzluq edib. Onlar beynəlxalq bazarlarda qızıl alış-verişi və qazanc əldə etmək vədi ilə Fərhad Əhmədovdan 161 649 manat alaraq ələ keçiriblər.

 

Bundan başqa, T.Adiyeva oğlu vasitəsilə tanıdığı E.Tağıyevə 12 min, T.Ağakişiyevə 6 min, T.Süleymanova 8 min, İ.Əlixanova 7 min, S.Qədirova 52 min, A.İbrahimovaya 7 min, G.Rəhimovaya 6 280, S. Zeynalzadəyə 8 500, A. Əliyevaya 10 870 manat məbləğində zərər vurmaqla dələduzluq edib.

 

Onlar özlərini bəzi şəxslərə şirkət əməkdaşı kimi təqdim edib, beynəlxalq birjalarda neft-qaz, qiymətli metal alış-verişi ilə məşğul olduqlarını deyərək inam qazanıblar, bəzi hallarda onlara müəyyən məbləğlərdə “gəlir” ödəyərək şirnikləndiriblər.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda T.Adiyevaya 7 il həbs cəzası təyin edilib. T.Adiyevanın oğlu Kəmaləddin barəsindəki iş isə ayrıca icraata verilib.

 

Kamal Məmmədov

 

Tarix: 21 May 2024, 08:46   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
13
pravda.az

10Mənbələr