AZ

Suriyadan qaytarılmış 8 vətəndaşımızla bağlı sosial reabilitasiya tədbirlərinə başlanılıb

Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş üç ailə olmaqla daha 8 vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən sosial xidmət müəssisəsinə yerləşdirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Ednews-a verilən məlumata görə, Agentliyin sosial işçi və psixoloqu tərəfindən 8 nəfər repatriantın hər biri ilə bağlı sosial-psixoloji qiymətləndirmə aparılıb.

Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq sosial reabilitasiya tədbirlərinə başlanılıb.
Repatriantlar müəssisədə sosial-reabilitasiya xidmətləri ilə təmin edildikdən sonra qohumlarına təhvil veriləcək.

Sosial-reabilitasiya və reinteqrasiya tədbirləri şəxslərin yaşadıqları ərazi üzrə Sosial Xidmətlər Agentliyinin müvafiq regional filialları tərəfindən digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində davam etdiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
1
ednews.net

10Mənbələr