AZ

AYİB Azərbaycanda mikro, kiçik və orta sahibkarlığa dəstək üçün AccessBank ilə əməkdaşlığa başlayıb

AYİB Azərbaycanda mikro, kiçik və orta sahibkarlığa dəstək üçün AccessBank ilə əməkdaşlığa başlayıb.

• AYİB-nın Azərbaycandakı uzunmüddətli tərəfdaşına $10 mln dəyərində sindikatlaşdırılmış kredit.

• Müqavilə AYİB və AccessBank arasında əməkdaşlığın bərpasını bildirir.

• Yerli mikro, kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışını genişləndirmək üçün maliyyələşdirmə.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) AccessBank-a Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək üçün maliyyə paketi təqdim edir.

Razılaşmaya əsasən, AYİB təxminən $10 mln (9,24 mln avro) həcmində sindikatlaşdırılmış kredit təqdim edərək əsas kreditor kimi çıxış edəcək. B kateqoriyalı kreditor isə - Cənub-Şərqi Avropa üzrə Avropa Fondudur (EFSE). Hər iki maliyyə institutu AccessBank-a yerli valyuta ekvivalentində təxminən $5 mln (4,6 mln avro) dəyərində kredit təqdim edəcəklər.

AccessBank cəlb edilən vəsaiti Azərbaycanda sahibkarlığın inkişafı və rəqabətqabiliyyətliliyinin dəstəklənməsi məqsədi ilə mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə istifadə edəcək. Bank, ölkənin davamlı inkişafını dəstəkləmək üçün bütün Azərbaycanda sahibkarların maliyyə imkanlarını genişləndirmək niyyətindədir.

AYİB-nin AccessBank ilə yenilənmiş əməkdaşlığı onun Azərbaycandakı strateji prioritetlərinə uyğun olaraq daha geniş əməkdaşlığa yol açmaq məqsədi daşıyır. Bu prioritetlərə ölkə iqtisadiyyatının şaxələndirilməsi, yerli biznes üçün maliyyə imkanlarının genişləndirilməsi və yaşıl iqtisadiyyatın dəstəklənməsi daxildir.

AYİB-in Mərkəzi Asiya, Qafqaz və Türkiyədə maliyyə təşkilatları üzrə direktoru Fransis Malij : “Bizim Azərbaycandakı missiyamız nəinki irimiqyaslı layihələri dəstəkləmək, həm də istənilən dinamik iqtisadiyyatın əsasını təşkil edən mikro, kiçik və orta sahibkarlığı təşviq etməkdir. Bu müqaviləni imzalamaqla biz, AccessBank-ı bütün Azərbaycan üzrə maliyyələşdirməni genişləndirmək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə geniş və əhatəli imkanlar yaratmaq məqsədlərində dəstəkləyirik”.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
3
banco.az

10Mənbələr