AZ

İranda növbədənkənar prezident seçkilərinin tarixi açıqlandı

İyunun 28-də İranda növbədənkənar prezident seçkiləri keçiriləcək.

"Unikal" xəbər verir ki, bunu İslam Respublikasının Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami deyib.

"İyunun 28-i İran tarixində on dördüncü prezident seçkiləri günü hesab oluna bilər”, - deyə o qeyd edib. 

Eslaminin sözlərinə görə, “Konstitusiya Keşikçiləri Şurasına namizədlərin qeydiyyatının mayın 28-də başlaması xahiş olunub”. 

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olması ilə əlaqədar keçiriləcək.

Nuranə Abbasova 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
330
50
unikal.az

10Mənbələr