İyunun 28-də İranda növbədənkənar prezident seçkiləri keçiriləcək.
"Unikal" xəbər verir ki, bunu İslam Respublikasının Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami deyib.
"İyunun 28-i İran tarixində on dördüncü prezident seçkiləri günü hesab oluna bilər”, - deyə o qeyd edib.
Eslaminin sözlərinə görə, “Konstitusiya Keşikçiləri Şurasına namizədlərin qeydiyyatının mayın 28-də başlaması xahiş olunub”.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olması ilə əlaqədar keçiriləcək.
Nuranə Abbasova