AZ

FHN Mingəçevirdə əməliyyat görüntüləri yayıb -VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Mingəçevir şəhəri, Həzi Aslanov küçəsində yerləşən mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"İki sahil" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Aran Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə alpinist ləvazimatlarından istifadə etməklə pəncərədən daxil olaraq 1933-cü il təvəllüdlü Ş.Baxşəliyevanı xilas edərək ailə üzvlərinə təhvil veriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
14
ikisahil.az

9Mənbələr