AZ

Yevlaxda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanılıb

Yevlaxda

Bakı, 20 may, AZƏRTAC

Mayın 19-da Yevlax rayon sakini 1984-cü il təvəllüdlü Ləman Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı 1964-cü il təvəllüdlü Mətləb Şükürovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Ləman Şükürovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Mətləb Şükürov Yevlax rayon mərkəzi xəstəxanasında tibbi müayinədən keçirilərək müalicə edilib və vəziyyəti stabil olduğundan prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
50
azertag.az

10Mənbələr