AZ

Renat Dadaşov “Beşiktaş”a qarşı 18 dəqiqə oynadı - Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 37-ci turu çərçivəsində “Beşiktaş”la qarşılaşıb.

“Hatayspor” bu rəqiblə səfər oyunundan məhsuldar heç-heçə ilə ayrılıb – 2:2. Dadaşov bu oyunun 72-ci dəqiqəsində, hesab 2:1 komandasının xeyrinə olarkən meydana buraxılıb. Cari mövsümdə 6 qol vurmuş millimizin forvardı bu dəfə fərqlənə bilməyib.

“Hatayspor” 37 turdan sonra 38 xalla 20 kollektiv arasında 17-ci pillədə qərarlaşıb. Futbolçumuzun komandası 37 oyunda 8 qələbə qazanıb, 14 heç-heçə edib, 15 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 31 oyun keçirib və 6 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
33
arena.az

10Mənbələr