AZ

“Mançester Siti”nin yarımmüdafiəçisi Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

“Mançester Siti” klubunun yarımmüdafiəçisi Fil Foden İngiltərə Premyer Liqasının 2023/2024 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Futbolinfo.az turnirin rəsmi saytına istinadən məlumatına görə, 23 yaşlı futbolçu səsvermədə komanda yoldaşı Erlinq Haland, həmçinin Aleksander İsak (“Nyukasl”), Martin Edeqor, Deklan Rays (hər ikisi “Arsenal”), Koul Palmer (“Çelsi”), Vircil van Deyk (“Liverpul”) və Olli Uotkinsi (“Aston Villa”) qabaqlayıb.

Foden bu mövsüm İngiltərə Premyer Liqasında 34 oyun keçirib, 17 qola və 8 məhsuldar ötürməyə imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
22
futbolinfo.az

10Mənbələr