AZ

Tərtərdə 19 yaşlı qız öz evindən oğurluq edib

Tərtərdə öz evindən oğurluq edən qız saxlanılıb.

Tərtərdə qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb. APA-nın Qarabağ bürosu xəbər verir ki, rayon polis şöbəsinə fərdi yaşayış evlərinin birindən 2650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qızı 2005-ci təvəllüdlü M.Əmirova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
11
apa.az

10Mənbələr