AZ

AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi – QƏRAR

Xəzər Rayon Məhkəməsində “Azərbaycan Hava Yolları” QSC (AZAL) barəsində yazılmış cərimə protokoluna baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, inzibati tənbeh tətbiq edilib, yəni şirkətə cərimə kəsilib.

Qeyd: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 295.2-ci (Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
3
tribunainfo.az

10Mənbələr