AZ

Milli Məclis Lüksemburq parlamentinin qərəzli qətnaməsini rədd edir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi 2024-cü il mayın 16-da Lüksemburqun Depu­tatlar Palatasının qərəzli və obyektivlikdən uzaq qətnamə qə­bul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır. 

Sözügedən qətnamədə Azər­baycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlar nəzərə alınmamış, regionda mövcud ol­muş münaqişənin kökündə daya­nan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Azərbay­can əhalisinin etnik təmizləməyə məruz qoyulması tamamilə diqqətdən kənarda qalmışdır. Ermənistanın ölkəmizə qarşı 30 il ərzində törətdiyi hərbi işğal nə­ticəsində 4000-ə yaxın itkin düş­müş azərbaycanlının aqibətinin gözardı edilərək, itkin düşmüş er­mənilərin vurğulanması ölkəmizə qarşı sərgilənən ikili standartların bariz nümunəsidir. 

Bəyanatda qeyd edilir ki, Azər­baycanın 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xa­rakterli antiterror tədbirlərinin mə­ram və məqsədləri təhrif edilərək ölkəmizə qarşı əsassız iddialar səsləndirilmişdir. Bu mənada, hə­min tədbirlərin Azərbaycana qarşı davam edən hərbi təhdidlərin ara­dan qaldırılmasına və qanunsuz hərbi birləşmələrin mövcudluğuna son qoyulmasına yönəldiyi qətiy­yən nəzərə alınmamışdır.

Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin irəliyə aparılması üçün tədbirlərin görüldüyü, ikitərəfli danışıqlar for­matının müsbət şəkildə irəlilədiyi, xüsusən sərhədlərin delimitasiya­sı və demarkasiyası istiqamətində uğurlu nəticələrin əldə edildiyi döv­rdə Lüksemburq Deputatlar Pa­latasının və onun havadarlarının məqsədi həmin ikitərəfli danışıqlar formatını və sülh prosesini poza­raq regiona müdaxilə etməkdir.

Milli Məclisin Beynəlxalq mü­nasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bəyanatında bildirilir ki, ölkəmizə qarşı nüma­yiş etdirilən bu ədalətsiz yanaşma qətiyyətlə rədd edilir. Bu, Lüksem­burq Deputatlar Palatasının daxi­lində reallığı dərk etmək qabiliy­yətinin və istəyinin olmamasının bariz nümunəsidir. 

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
3
xalqqazeti.az

10Mənbələr