AZ

“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı

Misli Premyer Liqasında 35-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha 3 oyun baş tutacaq.

Oyunların hamısı eyni saatda start götürəcək. Bunun səbəbi iştirakçı komandaların avrokuboklara vəsiqə uğrunda mübarizə aparmasıdır. “Sabah” “Sumqayıt”ı, “Səbail” “Neftçi”ni, “Kəpəz” isə “Zirə”ni qəbul edəcək.

Xatırladaq ki, ilk gündə “Qarabağ” “Turan Tovuz”a 4:3 hesabıyla qalib gəlib. Sabah isə autsayder “Qəbələ” “Araz-Naxçıvan”la qarşılaşacaq.

Misli Premyer Liqası
35-ci tur
18 may

“Sabah” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
“Bank Respublika Arena” 17:00

“Səbail” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı
“ASCO Arena”, 17:00

“Kəpəz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Kamal Umudlu
Tovuz şəhər stadionu, 17:00

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
27
futbolinfo.az

10Mənbələr