AZ

ABŞ Nevada ştatındakı nüvə poliqonunda sınaqlar keçirib

ABŞ-nin Nevada ştatındakı nüvə poliqonunda subkritik sınaq keçirilib.

APA xəbər verir ki, ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) məlumat yayıb.

Departamentin qeyd etdiyi kimi, bu, Nimble təcrübələri seriyasında ilkdir.

“Eksperiment ABŞ-ın 1992-ci ildən bəri həyata keçirdiyi nüvə partlayıcı qurğuların sınaqlarına dair könüllü moratoriuma uyğun olaraq həyata keçirilib və heç bir özünü saxlayan superkritik zəncirvari reaksiya olmayıb”, - deyə məlumatda vurğulanır.

Departament qeyd edib ki, əldə edilən nəticələr modelləşdirmə imkanlarını təkmilləşdirmək üçün də istifadə oluna bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
218
50
apa.az

10Mənbələr