AZ

Naxçıvan MR Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edildi

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü il 17 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta üzrə sığorta ehtiyatlarının yaradılması və onlardan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” Qərarı ləğv edilib.

Publika.az xəbər verir ki, bundan başqa “Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib və bir sıra qərarlar ləğv edilib.

Belə ki, “Naxçıvan Muxtar Respublikası ərazisində neft məhsullarının topdan və pərakəndə satış qiymətləri, elektrik enerjisinin, təbii qazın, su və suyun axıdılmasının, avtonəqliyyatda sərnişin daşınmanın və Dövlət Yol Polisi İdarəsinin göstərdiyi xidmətlərin tariflərinin (qiymətlərinin) təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 8 yanvar tarixli Qərarı, “Bakı-Naxçıvan-Bakı marşrutu ilə Naxçıvan Muxtar Respublikasının təlabatını ödəmək üçün neft məhsulları və təhlükəli yüklər daşıyan dörd və daha çox oxu olan yük avtomobillərinə kompensasiya ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2007-ci il 12 iyun tarixli Qərarı, eləcə də “Ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) görə Naxçıvan Muxtar Respublikasının büdcəsindən subsidiyanın verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə”Nazirlər Kabinetinin 2022-ci il 8 sentyabr tarixli Qərarı ləğv edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
12
publika.az

10Mənbələr