AZ

Şahruddin 90+2-ci dəqiqədə əvəzləndi

style='margin-bottom:10px;'>

Bu gün Türkiyə Superliqasında 37-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" səfərdə "Antalyaspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Antalyaspor - "Adana Demirspor" - 2:1
Qol:
Mendoze, 30-avtoqol (1:0), Aimbetov, 65 (1:1), Yılmaz, 74 (2:1) 

Şahruddin də bu oyunun iştirakçısı olub. 29 yaşlı qapıçı meydana start heyətdə çıxıb və 90+2-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Adana Demirspor" 44 xalla 11-ci, "Antalyaspor" 48 xalla 10-cu pillədə qərarlaşıb. Siyahıya 99 xalla "Qalatasaray" başçılıq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
2
teleqraf.com

9Mənbələr