AZ

İdmansevərlərin NƏZƏRİNƏ! - 21 may saat 14:00-da... - VİDEO 

Azərbaycan Respublikası Atçılıq Federasiyasının ilk dəfə təşkil etdiyi Peşəkar Çövkən Liqasına start verilir.


Referans.az xəbər verir ki, milli atlarımızın iştirakı ilə 10 peşəkar çövkən komandası mövsüm ərzində çempionluq uğrunda mübarizə aparacaq.


Açılış mərasimi Binə Atçılıq Mərkəzində 21 may saat 14:00-da başlanacaq. Giriş sərbəstdir!


Tədbirin unudulmaz perfomansı Qarabağ atlarının bu il Londonda göstərdiyi canlı şousudur.


Rəsmi hissədən sonra azarkeşləri 2 maraqlı oyun gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
6
referans.az

10Mənbələr